Slimfit
  1. CƏMİYYƏT

Milli Məclisin Sədri: 'Qanunların icrasına nəzarət gücləndirilməlidir'

Milli Məclisin Sədri: 'Qanunların icrasına nəzarət gücləndirilməlidir'
Sakura

Milli Məclisin Sədri: 'Qanunların icrasına nəzarət gücləndirilməlidir'

 

"Hazırda Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır".

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

Spikerin sözlərinə görə, 2018-ci ilin Prezident seçkilərindən sonra dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrini əhatə edən struktur və kadr islahatları geniş vüsət alıb: "Ölkəmizin qanunvericilik orqanı da bu islahatlardan kənarda qala bilməzdi. Bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər nəticəsində parlamentin yeni tərkibi formalaşıb və altıncı çağırış Milli Məclis fəaliyyətə başlayıb. Prezident İlham Əliyev Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində digər məsələlərlə yanaşı, qanunvericilik orqanı qarşısında dayanan vəzifələri də müəyyən edib. Bizim fəaliyyətimizin yol xəritəsi olan bu nitqində cənab İlham Əliyev dövlətin və cəmiyyətin parlamentdən gözləntilərini ifadə edib.

Bu gözləntilərin nədən ibarət olması barədə Spiker deyib ki, ilk növbədə, qanunvericilik fəaliyyəti təkmilləşdirilməli, yeni qanunların hazırlanması zamanı daha çox keyfiyyətə fikir verilməlidir: "Qanunların qəbulu ilə yanaşı, onların icrasına nəzarət də gücləndirilməlidir".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR