Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclisin sədri: “Əminəm ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək”

Milli Məclisin sədri: “Əminəm ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək”
Sakura

Milli Məclisin sədri: “Əminəm ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək”

 “Gənclər Azərbaycan dövlətinin qarşılaşdığı problemlər, xüsusilə Ermənistanın Azərbaycan qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. Qeyd edim ki, beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı bütün qərarlarında Azərbaycan ərazilərinin işğalına son qoyulması zərurətinə istinad edirlər”.

Report” xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar da Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir: “Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı birmənalı şəkildə dəstəklənib. Qoşulmama Hərəkatı, ATƏT, AŞPA, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da qərar və qətnamələr qəbul ediblər. Əminəm ki, həm bizim ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll ediləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR