Dərc edildi: Baxış sayı: 442
Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasının vaxtı və gündəliyi məlum olub
Azərbaycan Milli Məclisinin 2018-ci il payız sessiyasının sonuncu plenar iclasının vaxtı və gündəliyi məlum olub.
"Report" xəbərinə görə, dekabrın 28-də keçiriləcək iclasın gündəliyinə 44 məsələ daxildir.
Bunlar "Məhkəmələr və hakimlər haqqında", Notariat haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Elektron ticarət haqqında" "Lisensiyalar və icazələr haqqında", "Patent haqqında", "Banklar haqqında" və s. qanunlara, İnzibati Xətalar, Mülki, Gömrük məcəllələrinə dəyişiklik layihələridir.
Plenar iclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət