Dərc edildi: Baxış sayı: 503
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.
Ens.az “Report”-a istinadən xəbər verir ki, növbədənkənar sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.
Komitə iclasında "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və "2019-cu il dövlət büdcəsinin icrası barədə" hesabat müzakirə olunacaq.
Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək.
İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət