Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclisin komitəsində TƏBİB-in sədrinin iştirakı ilə COVİD-19-la bağlı vəziyyət müzakirə olunub

Milli Məclisin komitəsində TƏBİB-in sədrinin iştirakı ilə COVİD-19-la bağlı vəziyyət müzakirə olunub
Sakura

Milli Məclisin komitəsində TƏBİB-in sədrinin iştirakı ilə COVİD-19-la bağlı vəziyyət müzakirə olunub

Milli Məclisin Səhiyyə komitəsində COVİD-19-la bağlı vəziyyət müzakirə olunub.

Ens.az xəbər verir ki,Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin Səhiyyə komitəsinin iclasında 7 məsələyə baxılıb.

İlk olaraq “Koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə” məsələ müzakirə olunub.

Komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qabaqlayıcı tədbirlər müsbət nəticəsini verib. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusdan ölənlərin sayı çox aşağıdır. Dövlət başçısının gündəlik nəzarəti, diqqət və qayğısı sayəsində müvafiq dövlət qurumları vətəndaşların sağlamlığını qorumaq istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər. Görülən işlər müsbət nəticəsini verir. Lakin dünyanı bürümüş bu məşum bəla ilə mübarizəyə əhali də laqeyd yanaşmamalıdır.

Sonra iclasa dəvət olunmuş “TƏBİB”in İdarə Heyətinin sədri Ramin Bayramlı deputatlara ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə geniş məlumat verib. Bildirib ki, indiyədək dünyada 3 milyon 822 min 295 nəfər koronavirusa yoluxub, 265 min 120 nəfər vəfat edib. 

Azərbaycanda isə cəmi 2 min 204 yoluxma faktı, 28 ölüm faktı qeydə alınıb. 1551 nəfər müalicə olunaraq sağalıb ki, onlar arasında 84 və 92 yaşlı şəxslər də var. Hazırda aktiv xəstə sayı 625-dir. Qadınlar arasında yoluxma 54 faiz, kişilər arasında 46 faizdir.

Diqqətə çatdırılıb ki, yoluxmanın aşkarlanması məqsədilə ölkəmizdə 176 minə yaxın test icra olunub. Hazırda gündəlik 4-6 min test icra etmək iqtidarına malikik.

“TƏBİB”in sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya dövründə Azərbaycanda virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilib, virusun xaricdən idxalının qarşısının alınması məqsədilə dövlət sərhədləri müvəqqəti bağlanıb, martın 14-dən etibarən izolyasiya qaydaları tətbiq olunub, daha sonra xüsusi karantin rejimi elan edilib. Bütün bunlar ölkədə xəstəliyin kütləvi yayılmasının qarşısını alıb. Xarici ölkələrdən gətirilən minlərlə soydaşımız 14 gün müddətində karantində saxlanılıb. 

Ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verilib. Azərbaycanda COVID-19 virusunun müntəzəm diaqnostikası üçün 18 laboratoriyanın fəaliyyəti təmin edilib, ən müasir avadanlıqlarla təchiz olunmuş 575 çarpayılıq “Yeni klinika” istifadəyə verilib, 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanıb və bu gün Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.

18 mart 2020-ci il tarixli Prezident Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavə müəyyən edilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yeni Çağrı Mərkəzi yaradılıb, koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməsinə başlanıb. Sumqayıtda tibbi maska istehsalı müəssisəsi açılıb.

Ramin Bayramlı koronavirusla mübarizə sahəsində Milli Məclis rəhbərliyinin və deputatların fəaliyyətini minnətdarlıqla qeyd edib, əhalini maarifləndirmə işində dəstəklərini yüksək qiymətləndirib.

Məlumat dinlənildikdən sonra komitə sədrinin müavini Rəşad Mahmudov, deputatlar Kamilə Əliyeva, Kamaləddin Qafarov, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Soltan Məmmədov, Ülvi Quliyev koronavirusla mübarizənin yaxın gələcəkdəki istiqamətləri və hazırda seçicilərini maraqlandıran məqamlarla bağlı suallarını səsləndiriblər.

“TƏBİB”in İdarə Heyətinin sədri Ramin Bayramlı suallara cavab verib.  

Günün aktual məsələsi ilə bağlı müzakirə başa çatdıqdan sonra gündəlikdəki qanun layihələrinə baxılıb. Bildirilib ki, təqdim edilmiş qanun layihələri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli qanunun icrası məqsədilə hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

Komitə üzvləri “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqnda”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsini məqsədəuyğun saydılar.

“Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara təklif olunan dəyişikliyi müsbət qiymətləndiriblər.

İclasda “Yaşayış minimumu haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və 2002-ci il 15 mart tarixli “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsini razılıqla qarşılayıblar.

Komitə üzvləri “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişikliyi zəruri sayıblar.

Deputatlar “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunlarda və 1997-ci il 3 oktyabr tarixli “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsinə müsbət münasibət bildirdiblər. 

“Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsini vacib sayıblar.

Səhiyyə komitəsində yekdilliklə qərara alınıb ki, bugünkü iclasda baxılan bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunsun.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR