Dərc edildi: Baxış sayı: 430
Milli Məclisin komitə iclası keçiriləcək
Bu gün – iyunun 1-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.
Ens.az xəbər verir ki, bu barədə "Report"a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.
Ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan hər iki qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
İclas haqqında geniş məlumat veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət