Slimfit
  1. SİYASƏT

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
Sakura

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ens.az xəbər verir ki, APA-ya verilən məlumata görə, komitə sədri Bəxtiyar Əliyev millət vəkillərinə məlumat verərək bildirib gündəliyə 3 məsələ təqdim olunub.

Onlayn iclasda əvvəlcə “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edilib.

Sonra komitənin onlayn iclasında “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə  qanun layihəsi, eləcə də “İnsanın immunçatışmazlığı  virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında  xidmətkeçmə  haqqında”, “İcbarı sığortalar haqqında”, “Hərbi vəzifə və  hərbi xidmət  haqlnda”, “Sosial  xidmət haqqında”, “Dağınıq  skleroz  xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs  yerlərində saxlanılan hüquq və azadlıqlarının təmin edilməsi  haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər  təhsil  haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin  hüquqları haqqında” və “Məşğulluq  haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədə baxılıb.

Bəxtiyar Əliyev bildirib ki, bugünkü gündəliyə  daxil edilən hər 3 məsələ ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub.

Qanun layihələri “Əlilliyi olan  şəxslərin hüquqları” haqqında 2018-ci il 31 may tarixli  1153-VQ nömrəli  qanuna uyğunlaşdırma məqsədi daşıyır. Sözügedən sənədlərə təklif edilən dəyişikliklər əlilliyi olan şəxslərin reabilitasiyası, tibbi, təhsil, peşə-əmək, psixoloji-pedaqoji problemlərinin  həlli ilə bağlı hüquqi  tənzimləmə məqsədi ilə aparılıb.

Komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Anar İsgəndərov, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Şahin Seyidzadə onlayn iclasda çıxış edərək sənədlərlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda hər 3 qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR