Dərc edildi: Baxış sayı: 444
Milli Məclisə yeni qanun layihəsi daxil olub
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentə daxil olub.
“Report”un əldə etdiyi məlumata görə, yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Qanun layihəsinə əsasən, Azərbaycandan qida məhsullarının ixracı zamanı beynəlxalq standartlara uyğun olaraq sənəd təqdim ediləcək. Həmin sənəddə ixrac olunan məhsulun əsas göstəriciləri, baytarlıq, fitosanitar və digər sağlamlıq göstəriciləri də əksini tapıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Əsasnaməsi Prezidentin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilib. AQTA-nın sədri Qoşqar Təhməzlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət