Milli Məclisdə yenidən təşkil edilən şöbələr və şöbələrə təyinatlar açıqlanıb
Milli Məclis Aparatında struktur islahatları çərçivəsində yenidən təşkil edilən və yaradılan şöbələr və şöbələrə təyinatlar açıqlanıb.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova, İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Mahmudov, Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim, İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri İlqar Fərzəliyev, Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev, İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənovdur.
Qeyd edək ki, struktur islahatlarından əvvəl də İlqar Fərzəliyev Dövlət qulluğu və kadr məsələləri şöbəsinin, Hafiz Babayev Redaksiya və nəşr işləri şöbəsinin, Şahin Həsənov İnformasiya resursları və texnologiyaları şöbəsinin müdirləri olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət