Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclisdə “Keşikçidağ”la bağlı məsələ qaldırılıb

Milli Məclisdə “Keşikçidağ”la bağlı məsələ qaldırılıb
Sakura

Milli Məclisdə “Keşikçidağ”la bağlı məsələ qaldırılıb

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Keşikçidağ”la məsələ qaldırılıb.

Report”un xəbərinə görə, deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu daim davam etməlidir.

O qeyd edib ki, bu dostluq tarixi ənənəyə söykənir: “Bu, bizim üçün də önəmlidir, yolumuz Gürcüstandan keçir. Bizim suverenliyimiz daxilində gürcülərə imkan verdik, bir sıra gürcü xalqının nümayəndələri “pasxa” bayramını keçirirlər. Onlar isə “Keşikçidağ”da aksiya keçirərək Azərbaycanın dövlət müstəqliyi əleyhinə şüarlar səsləndirdilər. Qanunu ciddi şəkildə pozdular, bizi təhqir etdilər. Biz gürcü siyasi xadimlərinə izah etməliyik ki, bu nə məsələdir. Həmin abidə VI əsrdə tikilib, alman abidəsidir. XI, XII əsrdə qurucu Davidin və Tamaranın dövründə gürcü provaslav dininə aid olub, bu gün də gürcü ortodoksal kilsəsinə aiddir. Olsun, amma bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora bizim torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir. Biz tarixən torpaqlarımızı Rusiyanın istəyi ilə Gürcüstana və Ermənistana paylamışıq, indi də “Keşikçidağ”da güzəştə getməməliyik. Dünyada 210-dan çox dövlət var, Azərbaycan dünyada yeganə dövlətdir ki, bütün sərhədləri keçmiş torpaqları ilə sərhəddir”.

Deputat Fərəc Quliyev də bu gərginliyin aradan qaldırılmasının zəruriliyini qeyd edib. O deyib ki, “Keşikçidağ” Azərbaycan ərazisidir.

Deputat Qənirə Paşayeva da həmin abidə “Keşiçkidağ” adlandırılmalıdır və o, Azərbaycana məxsusdur: “Tarixi abdilər bizim üçün çox həssasdır. İnanırıq ki, bu məsələ Azərbaycanın maraqları çərçivəsində həll ediləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR