Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclisdə deputatlar arasında mübahisə olub

Milli Məclisdə deputatlar arasında mübahisə olub
Sakura

Milli Məclisdə deputatlar arasında mübahisə olub

 "Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur. Müəyyən vaxtlarda texniki işçilər Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı səs verirdilər. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq Konstitusiyaya salındı ki, deputat şəxsən özü səs verməlidir”.

Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

“Kimsə texniki işçiyə arxayın olaraq parlamentin iclasında iştirak etmirsə, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır. Statusumuza uyğun olaraq, bu qanuna dəyişikliyi müdafiə etməliyik”, - o deyib.

Ç.Qənizadə Milli Məclisin plenar iclaslarının ikinci hissəsində iştirak etməyən deputatları tənqid edib: “Bəziləri saat 12:00-da Milli Məclisin plenar iclasına gəlir, saat 14:00-dan - fasilədən sonra iclası tərk edir. Həmin vaxt Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidirlər ki, saat 16:00-da yenidən Milli Məclisdə olmaq lazımdır. Burada bəhanə axtarmağa ehtiyac görmürəm”.

Deputat Əliyev İlham Ç.Qənizadəyə cavab olaraq deyib ki, hər kəs özünə cavabdehdir: “Deputat plenar iclasın birinci hissəsində qeydiyyatdan keçərək iştirak edir, ikinci hissədə üzrlü səbəbdən iştirak edə bilmirsə, bunu Milli Məclisə necə bildirməlidir? Bəzən elə olur ki, tədbirlərə dəvət olunuruq, bu tədbirlər də, adətən, günün ikinci hissəsində olur. Kimin ikinci hissədə harada iştirak etməsinin kiməsə aidiyyəti yoxdur. Hər bir deputat özünə cavabdehdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR