Slimfit
  1. SİYASƏT

Milli Məclisdə Brüssel görüşü ilə bağlı məsələ qaldırılıb

Milli Məclisdə Brüssel görüşü ilə bağlı məsələ qaldırılıb
Sakura

Milli Məclisdə Brüssel görüşü ilə bağlı məsələ qaldırılıb

Azərbaycan parlamentinin bugünkü iclasında Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyaye arasında üçtərəfli görüşlə bağlı məsələ qaldırılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu gün Brüsseldə keçirilən görüşlə bağlı Azərbaycanın mövqeyi məlumdur.

"Burada məni narahat edən digər məsələ isə İranın susqunluğudur. 44 günlük müharibə zamanı İran hər gün bəyanat verirdi ki, Zəngəzura girmək olmaz. Amma bu gün görürük ki, İran bu məsələyə heç bir münasibət bildirmir. Bu gün həmin torpaqlarda NATO-nun, digər ölkənin kəşfiyyatçıları, eyni zamanda terrorçular var. İran bilməlidir ki, o torpaqlara yığılan silahlar Azərbaycan üçün yox, İran üçündür. Digər tərəfdən İran parlamentində bir deputat deyib ki, Azərbaycandakı İsrail səfirliyinə hücum edək. Elə gözünüz Azərbaycanı görür. Əgər gücünüz çatırsa, Amerikada, Rusiyada və digər ölkələrdəki səfirlikləri hədələyin", - o söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR