Milli Məclis yeni Baş naziri müzakirə edib
Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Deputatlar qeydiyyatdan keçdikdən sonra gündəliyi təsdiqlədilər. Spiker O.Əsədov dedi ki, gündəliyin biinci məsələsi N.Məmmədovun vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə etdiyi müraciətə baxılmasıdır. Spiker N.Məmmədovun fəaliyyəti barədə qısa məlumat verdikdən sonra ona təşəkkür etdi.
Daha sonra bildirdi ki, Azərbaycan prezidenti cənab İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında Milli Məclisə müraciət edib.
Sədr Ə.Həsənovun tərcümeyi-halı barədə məlumat verdikdən sonra çıxışlar üçün deputatlara müraciət etdi. Lakin yerdən ”səsə qoyaq” çağırışları eşidildi. O.Əsədov dedi ki, heç olmasa 3-4 nəfər ürək sözlərini desin, sonra səsə qoyaq.
Komitə sədri Siyavuş Novruzov N.Məmmədova fəaliyyətinə görə təşəkkür etməklə yanaşı, namizədliyi irəli sürülən Ə.Əsədov haqda da yüksək fikirlər söylədi. Deputat bildirdi ki, Ə.Əsədov 1993-cü ildən YAP-ın üzvüdür, Səbael rayon təşkilatının yaradılmasında mühüm rolu olub. 1995-ci ildə isə deputat seçilib və parlamentdə uğurla fəaliyyət göstərib. S.Novruzov dedi ki, Ə.Əsədov Avropa-Azərbaycan iqtisadi münasibətlərin qurulmasında çox böyük rolu olub.
Daha sonra S.Novruzov deyib: “Hesab edirəm ki, bu təyinatdan sonra Azərbaycan Respublikasının hökumətində - Nazirlər Kabinetində də kifayət qədər islahatlar həyata keçiriləcək”.
YAP-ın icra katibinin müavini, komitə sədri Siyavuş Novruzov bu anonsu Milli Məclisdəki çıxışında söylədi. Hökumətdə islahatların olacağını vurğulayan hakim partiya funksioneri ardınca bildirdi: “Təbii ki, bütün islahatların rəhbəri, ideya müəllifi cənab prezidentdir. Komanda üzvləri bu islahatların yerinə yetirilməsi ilə bağlı tapşırıqları icra etməlidirlər”.
S.Novruzov həmkarlarına xitab edərək yekdilliklə səs verməyə çağırdı.
Müzakirələr davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət