Slimfit
  1. SİYASƏT

Milli Məclis təhsil müəssisələri barədə layihəni qəbul etdi

Milli Məclis təhsil müəssisələri barədə layihəni qəbul etdi
Sakura

Milli Məclis təhsil müəssisələri barədə layihəni qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, layihəyə əsasən, dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Bunun üçün qanunun 22.0.5.3, 22.0.5.4 və 22.0.5.5-ci bəndləri dəyişdirilib. 

Hazırda qüvvədə olan müddəalara əsasən, peşə təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, orta ixtisas təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə 13 750 manat dövlət rüsumu tutulur. Qanunvericiliyə dəyişiklik yalnız dövlət təhsil müəssisələrinə aiddir.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çxıarılaraq qəbul edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR