Slimfit
  1. CƏMİYYƏT

Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul etdi

Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul etdi
Sakura

Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, gələn il büdcə gəlirləri 25 427 milyon manat nəzərdə tutulur ki, bu da gözlənilən ÜDM-in dəyərinin 33,6 %-i qədər olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.

Büdcə xərcləri isə 28 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 milyon manat və yaxud 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR