Slimfit
  1. SİYASƏT

Milli Məclis “Facebook”a gəlir

Milli Məclis “Facebook”a gəlir
Sakura

Milli Məclis “Facebook”a gəlir

Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə islahatlara başlayıb.

Nəzərdə tutulan tədbirlər parlamentin fəaliyyətində səmərəliliyin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşma məqsədi daşıyır.

Bildirilir ki, bu məqsədlə Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac var.

Spiker S.Qafarova parlamentin fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün qanunverici orqanda islahatların aparılması barədə sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, parlamentin fəaliyyətində bir çox yeniliklər gözlənilir – istər sosial şəbəkələrdə fəaliyyət, istərsə də mətbuat üçün əlçatanlığın daha da gücləndirilməsi.

Bu mənada Milli Məclisin sosial şəbəkələrdə hesablarının açılması gözlənilir.

Qeyd edək ki, indiyə qədər parlamentin “Facebook”da, “Twitter”də rəsmi səhifəsi olmayıb.

Bundan əvvəl, martın 16-da Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qanunverici orqanın saytının yenilənəcəyini bildirmişdi.

Onun sözlərinə görə, parlamentin hər bir komitəsinin ayrıca saytı olacaq. Həmçinin, hər bir deputatın veb-səhifəsi yaradılacaq. 

Bu veb-səhifələr vasitəsilə deputatlarla əlaqə qurulacaq, müzakirələr aparılacaq.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR