Dərc edildi: Baxış sayı: 464
Milli Kitabxanada “Teymur Kərimli-65” adlı sərgi açılıb
Oktyabrın 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış ədəbiyyatşünas alim, mətnşünas, şərqşünas, şair və tərcüməçi, filologiya üzrə elmlər doktoru, akademik, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimlinin anadan olmasının 65 illiyi münasibətilə “Teymur Kərimli-65” mövzusunda kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə ədəbiyyatşünas alimin müəllifi olduğu əsərləri, redaktə və tərcümə etdiyi, elmi məsləhətçisi olduğu kitablar, onun haqqında yazılan qəzet və jurnal materialları nümayiş edilir.
Sərgi bir həftə davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət