Millətlər Liqası: Azərbaycan C liqasında...
UEFA Millətlər Liqasının formatını dəyişib.
Qol.az-ın yaydığı xəbərə görə, ötən mövsüm D liqasında çıxış edən Azərbaycan bu dəfə C liqasında mübarizə aparacaq.
Bundan başqa, 2020-21 mövsümündə A, B, C liqasının hərəsində 16 komanda mübarizə aparacaq. D liqasında isə ən zəif 7 yığma çıxış edəcək. Liqaların tərkibi aşağıda qeyd olunan kimidir:
A liqası: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya
B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya
C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldaviya
D liqası: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino
Xatırladaq ki, 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət