Slimfit
  1. AZƏRBAYCAN

Millət vəkilləri şəhid generalın evinə getdi

Millət vəkilləri şəhid generalın evinə getdi
Sakura

Millət vəkilləri şəhid generalın evinə getdi

Millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədov şəhid general Polad Həşimovun Qəbələnin Vəndam kəndindəki ata evini ziyarət ediblər.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, Q.Paşayeva şəhid generalın ata evini ziyarət etməyin, müqəddəs Qurban bayramı günü generalın ailə üzvləri ilə bir yerdə olmağın mənəvi borc və unudulmaz gün olduğunu deyib.

O, general Polad Həşimovun yüksək vətənpərvərliyinin şahidi olduğunu deyib:

“General Polad Həşimov 2016-cı ilin aprelində olduğu kimi, Tovuza düşmən hücumunu dəf edərkən də, adına və rütbəsinə yaraşan şəkildə müstəsna vətənpərvərlik ruhu ilə irəli atıldı, düşmənə sarsıdıcı zərbələr vurdu və dövlət sərhədimizi qorudu”.

Polad Həşimovun 2003-cü ildə Ümumilli lider Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, 2014-cü ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini, 2019-cu il iyunun 25-də isə ona general-mayor ali hərbi rütbəsi verildiyini xatırladan Q.Paşayeva generalın xatirəsinin, hərbçi özkeçmişinin unudulmaz olduğunu vurğulayıb.

Millət vəkili Məşhur Məmmədov da general Polad Həşimovun şəhid olmasının bütün dünyada bilinməsini, onun adının bir milli birlik, həmrəylik hadisəsinə dönüşdüyünü deyib.

Millət vəkilləri şəhid generalın ailəsinin qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin yüksək diqqətindədir və hər bir millət vəkilinin, məmurunun da borcu şəhid ailələrinə münasibətdə dövlət başçısından örnək götürməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR