Millət vəkilinin işığı hər gün 5 saat kəsilir
Yardımlı rayonunun əksər kəndlərində yay aylarında günorta saatlarında 4-5 saat elektrik enerjisinin verilməsində fasilə yaranır.
Axar.az xəbər verir ki, elektrik enerjisinin fasilə ilə verildiyi kəndlər sırasında Yardımlı rayonunun deputatı Musa Qasımlının və xalq şairi Sabir Rüstəmxanlının doğma kəndi olan Hamarkənd də var.
Kənd sakinlərinin sözlərinə görə, hər gün səhər 11:30 radələrindən 16:00-a qədər işıq kəsilir. Bu da müəyyən problemlər yaradır. Sakinlərin sözlərinə görə, bir çox məişət texnikasını işlətmək mümkün olmur.
Problemin nədən qaynaqlandığını bilməyən sakinlərin sözlərinə görə, vəziyyət yay başlayandan etibarən belədir.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, əraziyə yeni xətlər çəkilir və elektrik enerjisinin verilməsində yaranan fasilə də bununla əlaqədardır:
“Lerik, Yardımlı, Masallı rayonlarında elektrik xətlərinin yenilənməsi işləri aparılır. Xətlər dəyişdirilir. Bu səbəbdən müəyyən saat ərzində elektrik enerjisinin verilməsi dayandırılır. İşlərin böyük hissəsi artıq başa çatıb. Sentyabrın ortalarına qədər bütün işlər tamamlanacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət