Slimfit
  1. CƏMİYYƏT

Millət vəkilindən Laçında baş VERƏNLƏRƏ REAKSİYA - Azərbaycanın cavabı adekvat olacaq...

Millət vəkilindən Laçında baş VERƏNLƏRƏ REAKSİYA - Azərbaycanın cavabı adekvat olacaq...
Sakura

Millət vəkilindən Laçında baş VERƏNLƏRƏ REAKSİYA - Azərbaycanın cavabı adekvat olacaq...

Xəbər verdiyimiz kimi, Ermənistanın göndərdiyi 400 tonluq yük avtomobilləri dünən axşam Laçın sərhəd-buraxılış məntəqəsinə çatıb. Ən son məlumata görə, Laçında danışıqlar gedir. Hələ ki, yük maşınları Azərbaycan ərazisinə buraxılmır. Ermənistan mediası da Azərbaycanın İrəvandan gəlmiş konvoyu buraxmamaqda israrlı olduğunu yazır. Azərbaycan tərəfi isə Laçın sərhəd keçid məntəqəsindən həmin avtomobilləri buraxmayacağını bildirir. Azərbyacan DSX dünən bəyanat yayaraq mümkün təxribata görə Ermənistanın məsuliyyət daşıyacağını vurğulayıb.

“Ens.Az” bildirir ki,məsələ ilə bağlı Referans.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Ermənistan açıq-aşkar təxribat törətməyə cəhd edir:

“Ermənistanın bu etdiyi birmənalı olaraq təxribat xarakteri daşıyır. Azərbaycan onlara bildirdi ki, Ağdam-Xankəndi yolu ilə gedə bilərsiniz, amma onlar hələki bu təkliflə razılaşmır. Azərbaycanın suverən ərazisində gediş-gəliş və yüklərin daşınması üçün bütün imkanlar yaradılıbdır. Yəni əgər bu imkanlardan istifadə əvəzinə bu cür metodu seçirlərsə, bu artıq düşündürücüdür və buna hər hansı bir şəkildə normal baxıla bilməz”.

Deputatın sözlərinə görə, baş verə biləcək hər hansısa təhlükəyə Azərbaycanın cavabı adekvat olacaqdır. Buna görə də, Ermənistan tərəfi yolu düzgün seçməlidirlər və Rusiya sülhməramlıları da bu istiqamətdə ermənilərin yeni istiqaməti mənimsəmələrinə yardımcı olmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR