Slimfit
  1. AZƏRBAYCAN

Millət vəkili rus bölməsinin əleyhinə çıxdı — “Azərbaycanlı uşaq təhsilə doğma dilində başlamalıdır”

Millət vəkili rus bölməsinin əleyhinə çıxdı — “Azərbaycanlı uşaq təhsilə doğma dilində başlamalıdır”
Sakura

Millət vəkili Gövhər Baxşəliyev növbəti dəfə rus bölməsinin əleyhinə çıxış edib.

Ölkə.Az” xəbər verir ki, millət vəkili bu gün Milli Məclisin təhsil və elm komitəsinin iclasında çıxış edib:

“Hər il daha çox uşaq rus bölməsində təhsil almağa başlayır. Şəxsən bu məni narahat edir. Biz bunun səbəbini tapmalıyıq. Niyə müstəqil Azərbaycanda hər il rus bölməsində oxuyan uşaqların sayı artır?”

Millət vəkili əlavə edib ki, azərbaycanlı uşaqlar ilk təhsilə dogma dildə başlamalıdırlar. Çünki uşağın milli düşüncəsi ilk siniflərdə formalaşır.
Qeyd edək ki, Gövhər Baxşəliyeva əvvəllər də rus bölməsinin əleyhinə çıxışlar edib. Millət vəkili bildirib ki, rus dili ingilis dili kimi xarici dil fənni olaraq tədris edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR