Slimfit
  1. CƏMİYYƏT

Millət vəkili: “Kadr islahatları müəyyən neqativ halların tamamilə aradan qalxmasına gətirib çıxaracaq”

Millət vəkili: “Kadr islahatları müəyyən neqativ halların tamamilə aradan qalxmasına gətirib çıxaracaq”
Sakura

Millət vəkili: “Kadr islahatları müəyyən neqativ halların tamamilə aradan qalxmasına gətirib çıxaracaq”

“Ölkəmizdə kadr və struktur islahatları uğurla davam etdirilir. Həyata keçirilən islahatların məqsədi isə Azərbaycanın davamlı və dayanıqlı inkişafını təmin etməkdir”.

Ens.az xəbər verir ki,bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

C. Osmanov deyib ki, struktur islahatları ilə yanaşı kadr islahatları da bu məsələdə mühüm rol oynayır: “Bu gün Prezident İlham Əliyevin Sərəncamları ilə Biləsuvar və Saatlı rayon icra hakimiyyətlərinə başçılarının  təyin olunması da aparılan kadr islahatlarının tərkib hissəsidir. Cənab Prezident hər bir kadrı vəzifəyə təyin edərkən şəxsən həmin şəxsləri qəbul edir və bu qəbul prosesi mətbuatda geniş işıqlandırılır. Biz dəfələrlə şahidi olmuşuq ki, cənab Prezident həmin kadrlara rayonlarda vəziyyətin öyrənilməsi, təhlil edilməsi, mövcud olan nöqsanların, çatışmazlıqların araşdırılması, rayon səviyyəsində problemlərin həlli və həllini tapmayan məsələlərin aidiyyəti dövlət orqanları qarşısında qaldırılması, insanlarla bir yerdə olmaq, onlara qayğı və diqqət göstərmək, yerlərdə olmaq, vətəndaşları dinləmək kimi öz tapşırıq və tövsiyələrini verir. Prezidentin tapşırıq və tövsiyyələri təyin olunan yeni icra başçıları üçün həm də görəcəkləri işlərin bir proqramıdır. Prezident həmin icra başçılarının detallı olaraq nə edəcəklərini vurğulayır və bütün işlərin yerlərdə insanlara xidmət etməsi üçün görülməsi tapşırığını verir”.

Millət vəkili qeyd edib ki, bölgələrdə sahibkarlığın inkişafına şəraitin yaradılması prioritetlərdəndir: “Bəzi rayonlarda sahibkarların incidilmə, onlar qarşısında süni əngəllərin törədilməsi, onlardan yerli icra orqanları tərəfindən rüşvət və ya pay tələb olunması hallarına rast gəlindiyini qeyd edən ölkə başçısı bu kimi neqativ halların qətiyyən yol verilməz olduğunu və bu cür xoşagəlməz hallara qarşı ciddi mübarizə aparıldığını təyin olunan hər bir yeni kadrların diqqətinə çatdırır.  Həqiqətən də sahibkarlar üçün əlverişli şəraitin yaradılması rayonlarda yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun və sosial rifah halının təmin olunması deməkdir. Odur ki, təyin olunan hər bir İcra başçısı cənab Prezidentin bütün tapşırıq və tövsiyələrinə ciddi əməl etməli, təyin olunduqları rayonlarda insanların xidmətində durmalıdırlar. Necə ki, Prezident hər zaman qeyd edir ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Çox təəssüflər olsun ki, bəzən məmurların adi davranış qaydalarında səhvlərə yol verdiklərinin də şahidi oluruq. Əslində məmurlar xalqın xidmətində durmaqla yanaşı öz hərəkətləri ilə sadə insanlara nümunə olmalıdırlar”.

C. Osmanov Prezidentin həyata keçirdiyi kadr islahatlarınn gələcəkdə müəyyən neqativ halların tamamilə aradan qalxmasına gətirib çıxaracağını bildirib: “Yüksək ali təhsil almış gənclərin yüksək vəzifələrə təyin olması belə deməyə əsas verir. Bu, həmçinin ölkə gəncliyinə olan yüksək etimadın göstəricisidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR