Slimfit
  1. CƏMİYYƏT

Millət vəkili daha bir şəhidimizin ailəsi ilə görüşdü

Millət vəkili daha bir şəhidimizin ailəsi ilə görüşdü
Sakura

Millət vəkili daha bir şəhidimizin ailəsi ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi Rüfət Əsgərovun ailəsi ilə görüşüb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, millət vəkili şəhid zabitin atası Mürvət Əsgərov və həyat yoldaşını dinləyib, ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi Rüfət Mürvət oğlu Əsgərov (29.08.1981, Aşağı Mollu, Qubadlı – 14.10.2020, Tərtər) 1988-1996-cı illərdə paytaxtın Xətai rayonundakı Ə.Əliyev adına 204 saylı tam orta məktəbdə, 1996-1999-cu illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnib.

Mayor Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşaraq şücaət göstərib. Şəhid zabitimiz Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

Rüfət Əsgərov Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR