Slimfit
  1. AZƏRBAYCAN

Millət vəkili bu şəxslərin vergidən azad edilməsini təklif etdi

Millət vəkili bu şəxslərin vergidən azad edilməsini təklif etdi
Sakura

Millət vəkili bu şəxslərin vergidən azad edilməsini təklif etdi

Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar bu işlə bağlı vergidən azad olmalıdır.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Vergi Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, fəaliyyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil: “Bu yaxınlarda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Paşa İnşaat” tərəfindən məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikildi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil. Müəyyən hüquqi, fiziki şəxsləri vergidən azad etməklə cəmiyyətə töhfə vermiş olarıq”.

Millət vəkili həmçinin məktəb, bağça tikintisi fəaliyyətinin stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 il müddətinə vergidən azad olunması, 5 il güzəştin tətbiq edilməsini təklif edib: “Bəzi məktəblərdə dərslər bir neçə növbəli keçirilir. Sahibkarların stimullaşdırılması üçün vergi güzəştləri edilməlidir. Bununla yanaşı, bölgələrdə investisiya qoyan sahibkarlara da bu cür güzəşt edilə bilər. Bununla Bakını yüklənməkdən xilas edərik, regionlar da inkişaf edər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR