Slimfit
  1. SİYASƏT

Millət vəkili: "Bu ağır və həssas günlərdə dövlət vətəndaşın yanındadır"

Millət vəkili: "Bu ağır və həssas günlərdə dövlət vətəndaşın yanındadır"
Sakura

Millət vəkili: "Bu ağır və həssas günlərdə dövlət vətəndaşın yanındadır"

“Bu ağır və həssas günlərdə dövlət vətəndaşın yanındadır”.

Bunu APA-ya açıqlamasında iqtisadi sektorlar və sahibkarlar üçün hazırlanan dövlət dəstəyi proqramlarına münasibət bildirən millət vəkili Vüqar Bayramov deyib. 

V. Bayramov bildirib ki, koronavirusun Azərbaycan iqtisadiyyatına, eyni zamanda sahibkarlara təsirlərini minimumlaşdırılması ilə bağlı yaradılmış işçi qrupu tərəfindən konkret proqram hazırlanıb: “Hazırlanan 9 proqramın məqsədi koronavirusun sahibkarlara, eləcə də sahibkarlıq subyektlərində çalışan vətəndaşlarımıza təsirlərini minimumlaşdırmaqdır. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Məhz bu təsirlərin azaldılması ilə bağlı konkret proqram təklif olunur”.

Millət vəkili qeyd edib ki, ümumilikdə, bu, 2,5 mlrd. manatlıq dəstək sistemidir və Azərbaycanda ÜDM-in 3%-ni təşkil edir: “İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulub. Bu gün hökumət tərəfindən həyata keçirilən siyasətin məqsədi həm sahibkarlara, həm də vətəndaşlara dəymiş ziyanı minimumlaşdırmağın mümkün olmasıdır. Bu baxımdan da sektoral yanaşma tətbiq olunub və yanaşma bəzi fəaliyyət sahələrində dəymiş ziyanın  tam kompensasiyasını, nisbətən az təsir olan fəaliyyət sahələrində 70%-dək kompensasiyanın həyata keçirilməsini nəzərdə tutur. Eyni zamanda mikro yəni VÖEN-lə fəaliyyət göstərən sahibkarlara da kompensasiya və ya birbaşa yardım həyata keçiriləcək. Azərbaycanda 1,550 mln. muzdlu işçinin 915 mini dövlət və neft sektorunda çalışır. Onlar bu sektorlarda çalışdıqları üçün məzuniyyətdə olsalar belə, onlara əmək haqlarının ödənilməsi həyata keçirilir. 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorunda çalışır. Həmin işçilərin çalışdıqları sektorlar üzrə də birbaşa dəstək mexanizmi reallaşacaq. Eyni zamanda mikro sahibkar kimi fəaliyyət göstərən 290 min vətəndaşımız da praktik olaraq dövlət dəstəyindən faydalanacaq. Onlara da koronavirusun vurduğu ziyan dövlət tərəfindən kompensasiya olunacaq”.

V. Bayramov nəzərə çatdırıb ki, proqramlardan biri kreditlər üzrə kompensasiya və bütövlükdə kredit öhdəlikləri ilə bağlı olacaq.

“Bu istiqamətə 1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda burada faizlərin subsidiyalaşdırılması da həyata keçiriləcək. Dövlət İpoteka və Kredit Zəmanət Fondu tərəfindən belə bir mexanizmin həyata keçirilməsi mümkündür. Bu da tətbiq olunacaq. Eyni zamanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən də dəstək nümayiş olunacaq. Bütün bunlar biznes, eyni zamanda artıq maliyyə qrupu tərəfindən təklif hazırlandıqdan sonra istehlak kreditləşməsi üzrə dəstəyinin gücləndirilməsinə imkan verəcək”, - deyə millət vəkili bildirib.

Deputat onu da qeyd edib ki, bütövlükdə, bu gün həyata keçirilən siyasətin hədəfi sahibkarlıq subyektlərində, özəl sektorda çalışan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı tədbirlərin davam etdirilməsindən ibarətdir: “Eyni zamanda hökumət çalışır ki, koronavirusun vətəndaşların sosial vəziyyətinə təsirləri minimumlaşdırılsın. İşləməyən vətəndaşlarımız üçün dəstək mexanizminin gücləndirilməsi nəzərdə tutulub. Həm dünya, həm də ölkəmiz üçün iqtisadi baxımdan ağır hesab olunan bu dövrdə dövlət birbaşa öz vətəndaşlarına dəstək nümayiş etdirəcək. Bütövlükdə Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədi vətəndaşların sosial təminatının daha da gücləndirilməsi və bu istiqamətdə bütün mümkün imkanlardan istifadə etməkdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR