Slimfit
  1. SİYASƏT

Millət vəkili: "Azərbaycanda islahatlar hakimiyyətin hər üç qolunu əhatə edir"

Millət vəkili: "Azərbaycanda islahatlar hakimiyyətin hər üç qolunu əhatə edir"
Sakura

Millət vəkili: "Azərbaycanda islahatlar hakimiyyətin hər üç qolunu əhatə edir"

Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir”.

Bunu APA-ya açıqlamasında milıət vəkili Fatma Yıldırım deyib. 

O bildirib ki, bu islahatlar idarəetmədə çevikliyin artırılmasına xidmət etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir:

“Bu kontekstdə siyasi islahatlar kursu da böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda islahatlar hakimiyyətin hər üç qolunu əhatə edir. Parlament səviyyəsindəki islahatlar da milli həmrəyliyə xidmət edən yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından olduqca önəmlidir. 

Şübhəsiz ki, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılan addımlar cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır”.

Millət vəkili qeyd edib ki, ölkəmizdə yeni siyasi partiyaların qeydiyyata alınması da yeni siyasi münasibətlərin bariz nümunəsidir:

“Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyata alınması müsbət hal dır. Bu, həmçinin ölkəmizdə siyasi plüralizmin və çoxpartiyalı sistemin daha da güclənməsini göstərər. 

Hesab edirəm ki, yeni siyasi partiyaların qeydiyyatı dövlətimizin siyasi dialoqun və milli həmrəyliyin daha da güclənməsi istiqamətində növbəti addımdır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR