Slimfit
  1. CƏMİYYƏT

Millət vəkili 500 qaziyə yardım göndərdi

Millət vəkili 500 qaziyə yardım göndərdi
Sakura

Millət vəkili 500 qaziyə yardım göndərdi

Millət vəkili Qənirə Paşayeva və “Hünər” qrupu koronavirus pandemiyasından qorunmaq üçün 105 saylı Tovuz seçki dairəsinin ərazisində yaşayan 500-ə yaxın Qarabağ müharibəsi veteranına və onların ailələrinə tibbi-gigiyenik ləvazimat göndərib.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev deyib. O bildirib ki, bir neçə gün öncə millət vəkili Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün də ərzaq və tibbi ləvazimat göndərmişdi:

“Qənirə xanım hər zaman bizi diqqət mərkəzində saxlayır. Belə bir çətin vəziyyətdə də millət vəkilimiz müharibə veteranlarını unutmadı. Bu gün o, rayonumuza veteranlar üçün koronavirusa qarşı bütün tibbi-qoruyucu vasitələr göndərib. Hazırda biz bu ləvazimatların paylanması ilə məşğul oluruq. Onların hamısı Əlibəyli, Ağdam, Vahiməli, Qovlar, Eyyublu, Düz qırıxlı, Qaraxanlı və digər kənd və qəsəbələrdəki 500-ə yaxın veterana paylanılacaq. Veteranlar adından millət vəkilinə təşəkkür edirəm”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR