Slimfit
  1. AZƏRBAYCAN

Mill Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsi müzakirə edilir

Mill Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsi müzakirə edilir
Sakura

Mill Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsi müzakirə edilir

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Report” xəbər verir ki, sənədin 3-cü (Aqrar sığorta sahəsində dövlətin vəzifələri) maddəsinə 4 yeni bənd əlavə olunub və bəndlərin sayı 7-yə çatdırılıb.

Həmin bəndlər aşağıdakılardır:

1. Aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək;

2. Aqrar sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək;

3. Aqrar sığorta üzrə fəaliyyətin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək;

4. Aqrar sığortanın tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə və məlumatlandırma işini təşkil etmək;

5. Aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək;

6. Aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;

7. Aqrar sığorta sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR