Dərc edildi: Baxış sayı: 433
“Milan”da Striniç şoku: Ürəyinə görə 3-4 ay oynamayacaq
İtaliyanın “Milan” klubunun və Xorvatiya yığmasının müdafiəçisi İvan Striniç problemlə üzləşib.
Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçunun ürəyində problem olduğu aşkarlanıb. Bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Həkim-kardioloq Bruno Karu bildirib ki, problem ciddidir və futbolçunun ən azı 3-4 ay istirahət etməsinə ehtiyac var. O, Striniçin göstərilən müddətdən tez yaşıl meydanlara qayıtmasının mümkünsüz olduğunu söyləyib.
Striniç “Milan”a bu yay “Sampdoriya”dan transfer olunub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət