Dərc edildi: Baxış sayı: 405
"Milan" yeni qapıçı aldı
İtaliyanın "Milan" komandası heyətini yeni qapıçı ilə gücləndirib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, Fransa "Lion"undan transfer edilən Çiprian Tataruşanu ilə müqavilə imzalanıb.
34 yaşlı rumıniyalı qolkiperin sözləşməsi 2023-cü il iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, Rumıniya millisində də çıxış edən Çiprian Tataruşanu 2019/2020 mövsümündə "Lion"un formasını geyinib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət