Dərc edildi: Baxış sayı: 482
"Milan" avrokuboklardan kənarlaşdırılıb
UEFA-nın maliyyə feyr-pleyi qaydalarını pozan İtaliyanın “Milan” klubu avrokuboklardan kənarlaşdırılıb.
APA-nın məlumatına görə, İdman Arbitraj Məhkəməsi aparılan araşdırmalardan sonra appeninliləri bir mövsümlük cəzalandırılmasına qərar verib.
“Milan” 2019/20 mövsümündə avrokuboklarda oynamayacaq. İtaliya təmsilçisinin qayda pozuntuları 2015-2018-ci illərə təsadüf edib. İtaliya A seriyasında 5-ci yeri tutan “Milan” Avropa Liqasında çıxış etməli idi. Cəzalandırılan komandanı “Roma”nın əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, UEFA ötən ilin dekabrında “Milan”ı cəzalandıraraq Avropa Liqasının mövsüm üçün nəzərdə tutulan mükafatlarından məhrum edib. Bu rəqəm 12 milyon avroya bərabər olub. Həmçinin növbəti iki mövsüm üçün komandaya 21-dən artıq futbolçu sifariş etməməklə bağlı qadağa qoyulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət