“Milad” bayramına həsr olunan poçt markası tədavülə buraxılıb
Macarıstan poçt administrasiyası (Magyar Posta) “Milad” bayramına həsr olunan xüsusi poçt markasını dövriyyəyə buraxıb. Poçt markası 26x33 mm ölçülərində hazırlanaraq poçt vərəqində yer alıb. Milad motivləri əsasında tədavülə buraxılan poçt vərəqi isə 29 x 220 mm ölçülərində, nominalı 120 HUF dəyərində təşkil olunub.
Bu maraqlı, xüsusi hazırlanan poçt markası “Pátria Nyomda Zrt” çap evində işıq üzü görüb və 100 min nüsxə ilə dövriyyəyə buraxılıb. Layihə dizayner Kristina Marosa məxsusdur. Buraxılışa əlavə olaraq poçt zərfi və xüsusi ştempel də hazırlanlb.
Qeyd edək ki, Milad bayramı - hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət