Mikrodalğalı sobaya nələri qoymaq olmaz
Mikrodalğalı sobanın faydası və ya zərəri barədə mübahisələr indiyə qədər aparılır. Mikrodalğalı sobanın aşkar elmi sübutu hələlik mövcud deyil. Rəsmi elm mikrodalğalı sobanı ekoloji hesab edir, axı qızma qızdırılan yeməkdəki su molekullarının sürtünməsi və vibrasiyasından baş verir.
Elmi fərziyyələrə toxunmayaq, bunu alimlərə saxlayaq. Zərəri 100% sübut olunmuş halları nəzərdən keçirək!
Metal qab-qacaq və folqa
Yeməyi folqada qızdırmaq pis ideyadır. Bu prinsipcə alüminium qab-qacağa da aiddir. Birincisi, siz mikrodalğalı sobanı xarab edə bilərsiniz, alüminium qızaraq qığılcım saçmağa başlayacaq (folqa ilə bu tez-tez baş verir). İkincisi, alüminium asanlıqla qida ilə kimyəvi reaksiyaya girir. “Metal” yemək əldə edirik - alüminium artıqlığı orqanizm üçün faydalı deyil. Buna görə orqanizmdə hemoqlobin, sümüklər və sinir sistemi ilə bağlı problemlər yarana bilər, buna görə də risk etməyə dəyməz.
Çiy yumurta
Mikrodalğalı sobada o bişmir. Problem budur ki, qabıq altında çoxlu hava var. Onda qısa zamanda buxar yaranır və o partlayır. Buna görə də yumurtanı ancaq ənənəvi üsulla hazırlayın.
Bağlı bankalar
Səbəb yumurta ilə olan halla eynidir - sizi qızmış məhsul deyil, partlayış gözləyir. Bankanın içərisindəkilər qırıntıları ilə birlikdə mikrodalğalı sobanın içərisinə səpələnəcək. Sobanın özü də xarab olacaq! Buna görə də bağlı halda heç bir banka və butulkanı qızdırmayın.
Plastik qablar
Bu qayda yəqin ki, hər kəsə məlumdur. Həqiqətən, bu sağlamlıq üçün təhlükəli hadisədir. Mikrodalğalı sobada plastik toksik maddələr və estrogen ayırır. ABŞ səhiyyə ekologiyası Milli İnstitutunun məlumatına görə, bu maddələr piylənmə, diabet və bəzi xərçəng növləri riskini artırır.
Kağız qab
Kağız qabda yana bilər! Qızdırılmış yemək qaba istilik ötürür və o da yana bilər. Üzərində hərflər və şəkillər çap olunmuş qab daha təhlükəlidir - qızma zamanı toksik maddələr ayrılır.
Qırmızı bibər
Yandıran bibəri mikrodalğalı sobada qızdırmaq olmaz. Kapsiasin bibərdə yandırmaya cavabdeh olan maddədir ki, mikrodalğalı sobada buxarlanır. Sonda siz qaz balonunun tərkibini əldə edirsiniz! Gözü və selikli qişanı güclü yandırmaq olar.
Mənbə: Populyarnaya nauka
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət