Mikrodalğalı sobanın bu işlərə yaradığını bilirdinizmi?
Daha çox yemək qızdırmağa kömək edən mikrodalğalı sobanın evdə bir çox işlərdə də yardımçı olduğunu bilirsinizmi?
Axşam.az xarici mediaya istinadən bu barədə məlumat verir:
1. Boyat çörəyi qısa müddət sobada saxlasanız, o, əvvəlki tək təzə və yumşaq olar.
2. Sarımsağın qabığını soymaq çətin olarsa, 30 saniyə mikrodalğalı sobaya qoyun, sonra nəticəni görün.
3. Paxlalı bitkiləri gecədən suda saxlamaq əvəzinə, bir neçə dəqiqə sobada saxlayın və asanlıqla bişirin.
4. Cipsi yeyirsinizsə, yarısı sabaha qalırsa, onda o boyatlaşır və əvvəlki dadaı vermir. Bunun da çarəsi var. Bir neçə saniyə yemədən öncə sobada saxlayın.
5. Quruyan tuşunuzu tullamayın. Onu bir fincan su ilə sobada saxlayın.
6. Bəzən göyərtini yuyub soyuducuda saxlayırıq və qısa zamanda xarab olduğunun şahidi oluruq. Bunun qarşısını almaq üçün göyərtini yuyub sobada qurudun və uzun müddət istifadə edin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət