Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Mikayıl Vahabzadə Yaqub oğlu

Mikayıl Vahabzadə Yaqub oğlu
Sakura

Doğum tarixi : 1993 Vəfat tarixi: 2 aprel 2016

Mikayıl Yaqub oğlu Vahabzadə (d. 1993; İsmayıllı, Azərbaycan - ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyat

Vahabzadə Mikayıl Yaqub oğlu 1993 cü il iyun ayının 25 də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub Mikayıl 2000 ci ildə Maçaxı kəndinin 4illik ibtidai məktəbinin 1 ci sinifinə gedib. Mikayil 4illik orta məktəbi öz doğma kəndində fəallıqla başa vurduqdan sonra təhsilinin davamını davam etdirmək üçün 2004 cü ildə qonşu kəndə yanı Tircan kəndində Musa Priyev adına tam orta məktəbinə gedib. Mikayil Tircan kəndindədə oxuduğu muddətdə öz fəallığı ilə öz Müəllimlərinin hörmətini qazandı və Mikayıl 9 cu sinifidə beləcə Tircan kəndində başa vurduqdan sonra 10 cu və 11 ci sinifi dahada yaxşı hazırlaşmaq məqsədi ilə Yeniyol kənd məktəbində 2illik təhsilini davam etdirməklə bərabər Təzəkənd kəndinədə Müəllim yanına gedirdi. Mikayıl bu iki ilidə beləcə 2011 ci ildə başa vurdu və elə məktəbi bitirdiyi ildə yanı 2011 ci ildə istədiyinə nail oldu və Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul oldu Mikayıl 4illik bu Universitet həyatında fəallıqla oxumağıyla birlikdə həmdə işləyirdi ki Ailəsinin üstünə çox yük düşməsin. Beləliklə Mikayıl 4illik Universitet həyatınıda 2015 ci ildə fərqlənmə Diplomu ilə başa vurdu.Sonra isə Mikayılın çox səbirsizliklə gözlədiyi hərbi çağırış gəldi çox sevinirdi. Mikayıl 2015 ci ilin iyul ayında hərbi xidmətə yola düşdü hərbi həyatındada çox bacarıqlı olan Mikayıl Komandirlərindən təşəkkür məktubuda almışdı. 2016-cı ilin 02-05 də Aprel döyüşlərində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu və neytral zonada qaldı Aprel ayının 8 də isə Atəşkəsdən sonra götürüldü və Aprelin 9 u Doğulub boya başa çatdığı İsmayıllı rayonu Maçaxı kənd Qəbirstanlığına torpağa tapşırıldı. Mikayıl Vahabzadə 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Mikayıl Vahabzadə 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin "Fizika və elektroenergetika" fakültəsini bitirib.

Hərbi xidməti

Əsgər Mikayıl Vahabzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Mikayıl Vahabzadə doğulduğu İsmayıllı rayonunun Maçaxı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Vahabzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR