Dərc edildi: Baxış sayı: 878
Mikayıl Müşfiq - Torpaq və traktor
Qranit damarları ey çəlik qanlı torpaq,
Paltarı sərt dəmirdən əli qalxanlı torpaq,
Nə der sinəndə meydan sulayan, hayqıran div?
Der ki, mənim varlığım uyuşub yatan deyil,
Dişləri tez oynayan xış deyil, kotan deyil,
Köksünü bıçaqlayan, qollarını qıran div!
Gəl yeni cəlladını- bu nəri dinlə, torpaq,
Onun çıxardığı gur səsləri dinlə, torpaq.
Ayaq iti, baş yekə, saçlar buluddan siyah...
Möhtəşəm gövdəsilə keçərkən üzərindən,
Neçə neştər iz qaldı qartlaşan içərindən,
Bizim div çınlatarkən qulaqlarında qah-qah?...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət