Dərc edildi: Baxış sayı: 2513
Mikayıl Müşfiq - Sənə qurban
Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı
Qumral gözlərinlə al, sənə qurban.
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət