Dərc edildi: Baxış sayı: 1032
Mikayıl Müşfiq - Kimidir
Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamaşa görkəmi səmən kimidir.
Nə arzu eyləsən, könlümdə vardır,
Eşqimin səhəri bir ilk bahardır.
Ona könül verən nə bəxtiyardır,
Fikrim-hissim təzə gülşən kimidir.
Müşfiqin ürəyi yarpaqdan incə,
Titrəyir bir xəfif rüzgar əsincə,
Məşuqun ayağı haraya dəysə,
Orası aşiqə vətən kimidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət