Dərc edildi: Baxış sayı: 1089
Mikayıl Müşfiq - Əmək
Dönüb keçmişlərə bir fikrə getdim,
Öyrəndim insanın kim olduğunu.
Birdən gözlərimə göründü cəddim,
Baxıb seyr elədim köhnə meymunu.
Heyvanlar içində o da bir heyvan,
Sürülər içində o da bir sürü.
Yaylağı mağara, qışlağı orman,
Zillət torpağında yazığın ömrü.
Əlində daş, dəmir... mətin dağları
Sürünə-sürünə hirslənib deşir,
Təbiət dəyişir, özü dəyişir.
Əmək- insanlığın tükənməz varı...
Əmək sərf olunan yer cənnətimdir.
Hüsnümdür, eşqimdir, səadətimdir!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət