Dərc edildi: Baxış sayı: 935
Mikayıl Müşfiq - 28 aprel
Mən əzilən bir sinifin hayqıran,
Haq bağıran sədasından yarandım.
Ölümlərin pəncəsində hıçqıran
Məzlumların nəvasından yarandım.
İnsan oğlu, uzaqlaşma, gəl yaxın;
Başqa yoldan alınmasın sorağın.
Bir günəşin, bir məsləkin, bir aşqın
Ən həqiqi mənasından yarandım.
Yeni eşqi, yeni zövqü yaratan,
Yeni dünya qurmaq üçün can atan,
Yeni sazın tellərini çınlatan
Beynəlmiləl havasından yarandım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət