Slimfit
  1. İQTİSADİYYAT

Mikayıl Cabbarov MM-də ilk çıxışını etdi

Mikayıl Cabbarov MM-də ilk çıxışını etdi
Sakura
:0

Mikayıl Cabbarov MM-də ilk çıxışını etdi

2020-ci il iqtisadi və sosial inkişaf üçün konsepsial proqnozlar hazırlanmışdı. Beynəlxalq iqtisadiyyatda sanksiyaların olması səbəbindən qlobal iqtisadi bazarda azalmalar qeydə alınıb. Azərbaycan dövlət büdcəsi üçün hazırlanan konsepsiya da bu amillər nəzərə alınaraq hazırlanıb.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu gün milli iqtisadiyyatda neft-qaz amili lokomotivliyini saxlamaqdadır:

“Amma bu, həm də inkişafa dəstək verən amildir. Bu məqamlar nəzərə alınaraq dövlət büdcəsində neftin qiyməti 55 dollar götürülüb. TAP-TANAP layihələri dünyanın enerji xəritəsini dəyişərək inkişafa böyük tövhə verəcək. İxrac potensialının artmasında əsas rol qeyri-neft sektorunun üzərinə düşür. Xidmət sektorunun 3.6 faiz artacağı proqnozlaşdırır. Ölkəmizin yüksək gəlirli ölkələr sırasında yer alması üçün xidmət sektoru inkişaf etdirilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR