Slimfit
  1. AZƏRBAYCAN

"Mikayıl Cabbarov kölgə iqtisadiyyatını aradan qaldırıb, oliqarxları biznesdən uzaqlaşdıracaq" - Vahid Əhmədov

"Mikayıl Cabbarov kölgə iqtisadiyyatını aradan qaldırıb, oliqarxları biznesdən uzaqlaşdıracaq" - Vahid Əhmədov
Sakura

"Mikayıl Cabbarov kölgə iqtisadiyyatını aradan qaldırıb, oliqarxları biznesdən uzaqlaşdıracaq" - Vahid…

“Yeni kadrların müəyyən səhvləri ola bilər, ancaq zaman keçdikcə bunlar aradan qalxacaq və püxtələşəcəklər. Çünki yeni təyin olunan kadrlarda müəyyən qədər aşkarlıq, şəfafflıq, təmizlik var, onlarda korrupsiya meylləri yoxdu”.

Ens.Az xəbər verir ki, bu fikri “Ölkə.Az”a açıqlamasında  millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, bu təyinatlar içərisində məni ən çox sevindirən Mikayıl Cabbarovun İqtisadiyyat naziri təyin olunması olub: 

“Mikayıl Cabbarov doğrudan da qiymətli kadrdır. Mikayıl Cabbarov istər təhsil naziri, istərsə də vergilər naziri olarkən bu, nazirliklərdə çox ciddi islahatlar həyata keçirib. Onun  təklifləri əsasında hələ iki bundan qabaq ölkədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində çox ciddi islahatın həyata keçirilməsinə şahidlik etdik”.

Deputat hesab edir ki, Vergilər nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ləğv edilərək İqtisadiyyat nazirliyininin tabeçiliyinə verilməsi  bu nazirliyin  daha da gücləndirilməsinə xidmət edir.

“İnanıram ki,  bu sahəyə rəhbərlik edəcək Mikayıl Cabbarov burada da ciddi islahatlar həyata keçirəcək. Cənab Prezidentin ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun inkişafı, kölgə iqtisadiyyatının aradan qaldırılması, oliqarxların biznesdən uzaqlaşdırılması, iqtisadiyyatda azad rəqabətin  yaranması və bu kimi halların aradan qaldırılması istiqamətində ciddi işlər görəcək”,- deyə deputat V.Əhmədov bildirib.

V.Əhmədov əlavə edib ki, biz yaxın gələcəkdə deyəcəklərimizin şahidi olacağıq.

“Ona görə ki, Mikayıl Cabbarov  kifayət qədər savadlı ixtisasçıdır və bu sahəni bilən adamdır. Ona görə də Cənab Prezidentin qarşıya qoyduğu bütün vəzifələrin bacardığı qədər öhdəsindən gələcək. Düzdür, onun nəzərdə tutulan planlarını reallaşdırmağı üçün bəzi qanunlar və qərarlar qəbul olunmalıdır. Yəqin ki, bunlar da olacaq. Ona fəaliyyətində uğurlar arzulayıram”, - deyə millət vəkili bildirib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR