Slimfit
  1. AZƏRBAYCAN

Mikayıl Cabbarov: Gəlirlərini tam şəkildə şəffaf bəyan etməyənlərin sayı az deyil

Mikayıl Cabbarov: Gəlirlərini tam şəkildə şəffaf bəyan etməyənlərin sayı az deyil
Sakura

Mikayıl Cabbarov: Gəlirlərini tam şəkildə şəffaf bəyan etməyənlərin sayı az deyil

 

Gəlirlərini tam şəkildə şəffaf bəyan etmək istəməyən vergi ödəyicilərinin sayı az deyil. Bəzən onların səsi gur gəlir. Amma bu müvəqqəti haldır. Qanun qarşısında hamı bərabərdir.

Oxu.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi” adlı konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev “kölgə iqtisadiyyatı”nı böyük bəla adlandırıb:

“Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcminin azalmasını hədəfləyib. “Kölgə iqtisadiyyatı” Azərbaycana sərmayə qoymasına mane olan üç əsas amildən biridir”.

Nazir qeyd edib ki, bu ilin səkkiz ayında proqnoz tapşırığa qarşı qeyri-neft sektorundan 280 milyon manatdan artıq vergi toplanıb və bu isə tapşırığın 112 faiz əməl edilməsi deməkdir.

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR