Mikayıl Cabbarov BƏƏ ilə ölkəmiz arasında iqtisadi əlaqələrdən danışıb
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələrə önəm verir.
Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin yaranmasının 48-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, BƏƏ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe sərgiləyib. Nazir onu da qeyd edib ki, BƏƏ bu günə qədər Azərbaycan iqtisadiyyatına 2.2 milyard dollar investisiya qoyub.
M.Cabbarov əlavə edib ki, Azərbaycan isə BƏƏ iqtisadiyyatına 347 milyon dollar sərmayə yatırıb. Onun sözlərinə görə, bu il iki ölkə arasında ticarət dövriyyəsi 26% artıb:
“2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 38% artaraq 54,4 milyon dollara, bu ilin ilk 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 57 milyon dollara çatıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət