Dərc edildi: Baxış sayı: 578
"Microsoft"un yeni "Surface" noutbuklarının təqdim ediləcəyi tarix açıqlanıb
"Microsoft" şirkətinin mütəxəssisləri yeni "Surface" noutbuklarının təqdim olunacağı tarixi açıqlayıblar.
“Report” xəbər verir ki, yeni məhsul oktyabrın 2-də təqdim olunacaq.
Bildirilir ki, tamaşaçılar yeni məhsullar arasında "Surface Laptop", "Surface Studio", "Surface Pro" və "Surface Book" görə biləcəklər. Noutbukların qiyməti açıqlanmır.
Ekspertlər tədbirin bir ay sonraya təxirə salınmasını tezliklə yeni brendlərini təqdim edəcək "Apple"nin tədbiri ilə əlaqələndiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət