Slimfit
  1. DÜNYA

“Microsoft”un CEO-su sahibkarlara bu kitabları oxumağı məsləhət görür

“Microsoft”un CEO-su sahibkarlara bu kitabları oxumağı məsləhət görür
Sakura

“Microsoft”un CEO-su sahibkarlara bu kitabları oxumağı məsləhət görür

“Microsoft”un icraçı direktoru Satya Nadella Davosdakı Dünya İqtisadi Forumunda verdiyi müsahibədə hər kəs üçün faydalı olacaq, ancaq xüsusilə sahibkarlar üçün vacib 3 kitabı açıqladı. Onun sözlərinə görə, bu kitablar sürətlə dəyişən dünya və onun dəyərləri ilə ayaqlaşmağa kömək edəcəkdir.

2020-ci ildə Dünya İqtisadi Forumunun əsas mövzuları iqlim dəyişikliyi və sosial bərabərsizlik oldu. The New York Times qəzetinin köşə yazarı Tim W. qeyd edir: “Bu il Davosdakı hər kəs, həqiqətən, korporativ dünyanın öz fəaliyyətini “təmizlədiyini” bilməyinizi istəyir”.

Satya Nadella forumun qurucusu və prezidenti Klaus Şvab ilə söhbətində kapitalizmin problemlərini, korporasiyaların bu problemlərin həllində rolunu müzakirə etdi, eləcə də dünyanı başa düşmək və sonra dəyişdirmək üçün hər liderin oxuması zəruri olan 3 kitabın adını çəkdi.

“Prosperity” (Çiçəklənmə)

“Prosperity”nin müəllifi Oksforddan olan iqtisadçı Kolin Mayerdir. O, Nadellaya yaxın olan bir sosial hədəfin müəyyənləşdirilməsini təklif edir: “Korporasiya insanların və planetin problemlərinə faydalı həll tapmalıdır”.

“Microsoft” CEO-su əmindir ki, biznes problem yaratmamalı, əksinə həll etməlidir. Dünyadakı şirkətlərin məqsədi özləri çiçəkləndikcə dünyanın da çiçəklənməsini təmin etmək olmalıdır.

“The Narrow Corridor: States, Societies, and the Fate of Liberty” (Dar koridor)

Nadella Daron Acemoğlu və Ceyms Robinsonun “The Narrow Corridor” kitabını heyrətamiz adlandırıb. Müəlliflər Massaçusets Texnologiya İnstitutunun iqtisadçısı və Çikaqo Universitetinin politoloqudur.

“Bu kitabın məğzi ondan ibarətdir ki, cəmiyyətin və hökumətin istəkləri arasında daimi qarşıdurma mövcuddur. Biznesin məqsədi isə bu ikisi arasında dar koridoru tutmaqdır. Bazarlar, demokratiya və liberal dəyərlər arasında işlək dəhliz tapmaq lazımdır”, — Satya Nadella bildirir.

“Mindset: The New Psychology of Success” (Düşüncə tərzi)

“Mindset” Stenford psixoloqu Kerol Dyukun Nadellanın tövsiyə etdiyi ilk kitabı deyil. Müəllif yazır ki, özünə etiraf etmək lazımdır: “Mən mükəmməl deyiləm, heç vaxt da mükəmməl olmayacağam, lakin öyrənə bilərəm”. Bu yanaşma müasir tələblərlə ayaqlaşmaq üçün labüddür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR