Microsoft xiyar yetişdirilməsi üzrə lider oldu
Qorxmayın - söhbət süni intellektlə idarə edilən istixanalarda mədəni bitkilərin becərilməsi üzrə sınaqlardan gedir. Xiyar isə ona görə seçilib ki, onların robotlaşdırılmış əkinçiliyi ümumilikdə pis hazırlanmayıb.
VentureBeat portalı xəbər verir ki, sentyabr ayında başlanmış süni tərəvəz yetişdiricilərinin yarışı dekabr ayına qədər uzadılacaq ki, o zaman yekun nəticələr açıqlanacaq. Müsabiqəni Hollandiyanın Vageningen Universiteti aparır, onda isə Intel, Microsoft və çin holdinqi Tencent iştirak edirlər. Dördüncü iştirakçı Niderlanddan olan canlı tərəvəz yetişdiriciləridir ki, bu ölkənin hazırki istilik təsərrüfatında qəbul edilmiş texnologiyalardan istifadə edirlər.
Avtomatlaşdırılmış istixanaların işində insanların iştirakı yarpaqların və məhsulun yığımı ilə məhdudlaşır. İnsan komandasında bu əlbəttə ki, daha genişdir.
Hazırda Microsoft şirkətinin süni intellekti ilk yeri tutur, sonra Tencent, insanlar gəlir və dördüncü yeri isə Intel tutur. Göründüyü kimi bu o deməkdir ki, kompüter sistemləri artıq istixana təsərrüfatının öhdəsindən insanlardan yaxşı gəlməyə qadirdir. Yəni, cücəni payızda sayırlar, robotlaşdırılmış xiyarları isə dekabr ayında. Baxarıq.
Yarışın sponsoru qlobal problemlərin həlli üzərində işləyən startaplara yatırımla məşğul olan Tencent Exploration Team layihəsi oldu.
Mənbə: Popmech.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət