Microsoft “TikTok”u almaq üçün danışıqlara başlayır
ABŞ-ın "Microsoft" şirkəti yaxın həftələrdə Çinin ByteDance şirkəti ilə "TikTok" tətbiqetməsinin alınmasına dair danışıqlara başlayacaq.
Ens.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Microsoft" məlumat yayıb.
Qeyd edilib ki, danışıqların sentyabrın 15-də yekunlaşacağı gözlənilir.
“Microsoftun baş direktoru Satey Nadelloyla ABŞ Prezidenti Donald Tramp arasında danışıqlardan sonra şirkət "TikTok"un alınması ilə bağlı müzakirələri davam etdirməyə hazırdır. "Microsoft" tətbiqetmənin alınması üçün tezliklə ByteDance şirkəti ilə danışıqlara başlayacaq", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, danışıqların sentyabrın 15-dək yekunlaşdırılması gözlənilir. Prosesin gedişində "Microsoft" ABŞ hakimiyyəti, o cümlədən Prezidentlə dialoqun davam etdiriləcəyinə ümid bəsləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət