Microsoft şirkəti Windows 10X-i gecikdirə bilər
Microsoft şirkəti Windows 10X-i keçən il anons etmişdi. Lakin buna baxmayaraq sözügedən əməliyyat sistemi hər dəfə təxirə salınırdı. Yeni məlumat sızıntısı isə Windows 10X-in təqribi çıxış tarixini özündə birləşdirir. Bundan əlavə olaraq insayderlərin sözlərinə əsasən istifadəçiləri bir sıra xoş olmayan sürprizlər gözləyir. Bu barədə Slashgear saytı xəbər verib.
İlkin olaraq güman edilirdi ki, Windows 10X-i ilk əldə edəcək cihaz Surface Neo hibrid planşeti olacaq. Lakin sonradan şirkətin planları dəyişdi. Belə ki, şirkət əməkdaşının sözlərinə əsasən Windows 10X ilk növbədə 1 ekranlı cihazlarda istifadəyə veriləcək. Bununla yanaşı Zdnet saytının verdiyi məlumata əsasən 1 ekranlı cihazlar üçün nəzərdə tutulmuş Windows 10X 2021-ci ilin yaz fəslindən tez istifadəyə verilməyəcək.
2 ekranlı cihazlar üçün isə əməliyyat sistemi 2022-ci ilin əvvəlindən tez istifadəyə verilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Windows 10X Win32 tətbiqlərini dəstəkləməyəcək. Tərtibatçıların planlarına əsasən bu cür tətbiqlər internet vasitəsilə Edge brauzerində işə düşəcəklər. Şirkət təmsilçiləri insayderlərin bu məlumatlarına bir fikir bildirməyiblər.
Mənbə: Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət